Sosial şəbəkələr · kütləvi media vasitələri · TV-Radio

Haqqınızda nə yazırlar, Nintel sizə dərhal bildirir

Nintel auditoriyanızın, müştərilərinizin və rəqiblərinizin sosial şəbəkələrdə nə yazdığını bir paneldə toplayır. Postları və şərhləri təhlil edir, vacib olanı dərhal sizə çatdırır.

Şirkətlər, qurumlar və şəxslər rəqəmsal dünyada öz nüfuzlarını Nintel ilə inkişaf etdirir.

Mention dinamikası

Bütün platformalar · son 7 gün
8 426mention
3 912şərh
18%tənqidi ton
05001 0001 5002 00020 okt21 okt22 okt23 okt24 okt25 okt26 okt1 654
RRəna M. · Instagram Tənqidi

Üç gündür sifarişim gəlmir, operatorla da əlaqə saxlamaq olmur.

+
Mention artımıson 7 gündə
▲ 21.4%

Azərbaycan auditoriyasının danışdığı bütün platformalar bir yerdə

TelegramInstagramFacebookTikTokXYouTubeThreadsXəbər saytlarıTV və radio
Biz kimik

Məlumatı analitikaya, analitikanı düzgün qərarlara çeviririk

Nintel — rəqəmsal dünyada baş verənləri izləyən, təhlil edən və dəyərli məlumatlara çevirən innovativ media monitorinq platformasıdır.

Brendlərin, şirkətlərin və qurumların media məkanındakı görünürlüyünü, ictimai rəyini və rəqəmsal reputasiyasını izləyərək strateji qərarların qəbul edilməsinə dəstək oluruq. Sosial media, kütləvi informasiya vasitələri və digər kommunikasiya kanallarından əldə etdiyimiz məlumatları vahid analitik yanaşma ilə təqdim edirik.

Missiyamız

Media məkanında baş verənləri izləmək, məlumatları təhlil etmək və onları bizneslər, brendlər və qurumlar üçün dəyərli strateji informasiyaya çevirmək. Məqsədimiz daha düzgün, operativ və məlumat əsaslı qərarların qəbuluna dəstək olmaqdır.

Vizyonumuz

Media monitorinqi və analitikası sahəsində innovativ texnologiyaları ilə seçilən, regionun aparıcı platformalarından birinə çevrilmək. Məlumatın gücündən istifadə edərək daha şəffaf, ölçülə bilən və effektiv kommunikasiya mühiti formalaşdırmaq.

Məqsədimiz

Brendlərin və qurumların media mühitindəki mövqeyini daha yaxşı anlamasına, rəqiblərini izləməsinə, ictimai rəyi qiymətləndirməsinə və kommunikasiya strategiyalarını təkmilləşdirməsinə kömək etmək.

Dəyərlərimiz

  • Dəqiqlikməlumatların etibarlı və düzgün təhlili
  • İnnovasiyamüasir texnologiyaların və süni intellektin tətbiqi
  • Operativlikmedia məkanında baş verən dəyişikliklərə vaxtında reaksiya
  • Şəffaflıqnəticələrin aydın və anlaşılan formada təqdim edilməsi
  • İnkişafdavamlı yenilənmə və daha effektiv həllərin yaradılması

Kontent marketinqdən yüksək nəticələr əldə et

Nintel bizneslərə, marketinq mütəxəssislərinə və kontent yaradıcılarına auditoriyanın maraqlandığı kontenti real vaxt rejimində təhlil etməyə kömək edir.

Real vaxtda izləmə

Yeni postlar və şərhlər dəqiqələr ərzində panelə düşür. Gecikmə yoxdur, əl ilə yeniləmək lazım deyil.

Şərhlərin təhlili

Hər postun altındakı şərhlər və cavablar toplanır, tonu və şikayət olub-olmadığı avtomatik təyin olunur.

Kriz siqnalı

Mənfi rəylər qısa müddətdə artanda dərhal xəbər alırsınız. Problem böyüməmiş cavab verə bilərsiniz.

Telegram bildirişləri

Seçdiyiniz açar sözlər keçən kimi bildiriş komandanızın Telegram söhbətinə gəlir.

Rəqiblərin analizi

Rəqiblərinizdən bir addım öndə olun

Eyni seqment üzrə fəaliyyət göstərən şirkətlərin performansını müqayisə edin: kim daha çox müzakirə olunur, kimə daha çox şikayət yazılır, auditoriya kimin kontentini daha çox bəyənir.

  • Səs payı və ton müqayisəsi
  • Rəqiblərin hansı platformada daha aktiv olduğu
  • Ən çox reaksiya toplayan postlar

Səs payı · bank sektoru · nümunə

Bu ay
Sizin brend31%
Rəqib A27%
Rəqib B19%
Rəqib C14%
Digər9%
Sizin mention2 184
Tənqidi ton14%
Sıralama2-ci

Trend mövzular · son 24 saat

yenilənir
1#kommunalTelegram, saytlar+312%
2#yeniqiymetlerInstagram, Facebook+148%
3#bakimetrosuX, Telegram+86%
4#endirimInstagram+41%
5#tixacTelegram, YouTube+28%
Trendlər

Yerli auditoriyanı cəlb edən trendlərdən ilk siz xəbərdar olun

Sosial mediada sürətlə yayılan paylaşım və heşteqləri, hansı mövzunun neçə saatdır artdığını görün və kontentinizi vaxtında qurun.

  • Heşteq və açar sözlərin artım dinamikası
  • Eyni xəbərin neçə mənbədə yayıldığı
Optimal paylaşım saatları

Auditoriyanız nə vaxt aktivdirsə, o vaxt paylaşın

Hər fəaliyyət sahəsi üçün auditoriyanın ən çox reaksiya verdiyi gün və saatlar hər gün yenilənir. Paylaşım planınızı təxminlə yox, data ilə qurun.

  • Sahənizə uyğun həftəlik aktivlik xəritəsi
  • Platforma üzrə ən uğurlu saatlar

Reaksiya aktivliyi · İctimai iaşə

Bakı vaxtı
0810121416182022B.eÇ.aÇərC.aCümŞnbBaz
AzÇox

Son şərhlər · sizin postlar

canlı
R
Rəna M.InstagramTənqidiŞikayət

Üç gündür sifarişim gəlmir, operatorla əlaqə saxlamaq olmur.

Post: Yeni çatdırılma xidmətimiz artıq Gəncədə də
e
@elvin_hsnTelegramMüsbət

Dünən filialda çox yaxşı qarşıladılar, təşəkkür edirəm.

Post: Nərimanovda yeni filial açıldı
L
Leyla Q.FacebookNeytral

Endirim kampaniyası nə vaxta qədər davam edəcək?

Post: Payız endirimləri başladı
3 912
Tənqidi18%
Neytral49%
Müsbət33%
Şərhlər və ton

İnsanların əsl fikri şərhlərdədir

Postun altına yazılan hər şərh və cavab toplanır. Şərhdə adınız keçməsə də, sizinlə bağlı postun altındadırsa, panelinizə düşür və tonu təyin olunur.

  • Müsbət, neytral və tənqidi şərhlərin bölgüsü
  • Şikayətlər ayrıca işarələnir
  • Hər şərhin hansı posta yazıldığı görünür
1 400+izlənən kanal, səhifə və sayt
28 000+toplanmış post
37 000+təhlil olunmuş şərh
10platforma, o cümlədən TikTok, TV və radio
Üstünlüklər

Komandanız üçün bir iş aləti, onlarla tab yox

Geniş məlumat bazası

Eyni seqment üzrə fəaliyyət göstərən və sosial şəbəkələrdə aktiv olan səhifələrin paylaşımları bir xəbər lentində.

Təkmil analitika

Rəqiblərin postlarını hansı platformada və hansı saatlarda paylaşdığını, auditoriyanın nəyi bəyəndiyini bir neçə kliklə təhlil edin.

Çərşənbə 19:00-da paylaşın
Video formatı +34% reaksiya

Həftəlik məsləhətlər

Data təhlili əsasında hazırlanan həftəlik tövsiyələrlə növbəti addımlarınızı planlayın.

Necə istifadə edim?

Yüksəlişə doğru addımla

1

Hesab yarat

Qeydiyyatdan keçərək sistemə daxil ol və sənə uyğun paketi seç.

2

Fəaliyyət istiqamətini seç

Sahənə uyğun kateqoriyanı, izləmək istədiyin açar sözləri və tarixləri qeyd edərək idarə panelinə daxil ol.

3

Real data ilə strategiyanı yenilə

Öncədən emal edilmiş məlumatları incələ və insaytları strategiyana tətbiq edərək fəaliyyətini yeni səviyyəyə qaldır.

Kimlər üçün

Hər komanda öz cavabını tapır

PR və kommunikasiyareputasiyanı qorumaq
Haqqınızda yazılan tənqidi xəbər və şərhləri ilk saatlarda görün, cavabı vaxtında hazırlayın.
Marketinqkontent və kampaniyalar
Kampaniyanın neçə mention topladığını, auditoriyanın necə qarşıladığını gün-gün izləyin.
Müştəri xidmətişikayətlərin idarəsi
Sosial şəbəkədə yazılan şikayətləri regiona və mövzuya görə qruplaşdırın, heç birini qaçırmayın.
Paketlər

Qiymət paketləri

İllik paketi al, ödənişsiz marketinq seminarından faydalan

ECO

Kiçik komandalar və başlanğıc üçün

400 AZN/ ay
Paketi seç
  • 3 mövzu üzrə axtarış
  • 30 açar söz
  • 3 mövzu üzrə Telegram-a data inteqrasiyası
  • Nintel.az və medialab.az alətlərində 3 istifadəçi hesabı
  • Statistik təhlil: ay ərzində 4 həftəlik və 1 aylıq
  • 7/24 texniki dəstək
Populyar

STANDARD

Böyüyən brendlər və marketinq komandaları üçün

600 AZN/ ay
Paketi seç
  • 6 mövzu üzrə axtarış
  • 60 açar söz
  • 6 mövzu üzrə Telegram-a data inteqrasiyası
  • Nintel.az və medialab.az alətlərində 6 istifadəçi hesabı
  • Statistik təhlil: həftəlik, aylıq və rüblük
  • 7/24 texniki dəstək

PRO

Böyük şirkətlər, qurumlar və agentliklər üçün

800 AZN/ ay
Paketi seç
  • 9 mövzu üzrə axtarış
  • 90 açar söz
  • 9 mövzu üzrə Telegram-a data inteqrasiyası
  • Nintel.az və medialab.az alətlərində 9 istifadəçi hesabı
  • Statistik təhlil: həftəlik, aylıq, rüblük və illik
  • 7/24 texniki dəstək
FAQ

Sualınız var? Cavabı buradadır

Tapmadığınız sual olarsa, komandamıza yazın, bir iş günü ərzində cavab verək.

Bizimlə əlaqə
Nintel hansı platformaları izləyir?

Telegram kanalları, Instagram, Facebook səhifə və qrupları, TikTok, X, Threads, YouTube, Azərbaycan xəbər saytları, həmçinin TV və radio efirləri. Postlarla yanaşı şərhlər də toplanır.

Şərhləri necə toplayırsınız?

Hər izlənən postun altındakı şərh və cavablar müntəzəm yoxlanır. Yeni postlar daha tez-tez, köhnələr daha seyrək yenilənir ki, heç bir müzakirə qaçırılmasın.

Açar sözləri özüm təyin edə bilərəmmi?

Bəli. Şirkətin adını, məhsulları, rəhbər şəxsləri və istisna sözləri özünüz yazırsınız. Sistem sözün Azərbaycan dilindəki bütün şəkilçili formalarını tanıyır.

Bildirişlər hara gəlir?

Telegram botu vasitəsilə komandanızın şəxsi və ya qrup söhbətinə. Kriz siqnalı və gündəlik hesabat da eyni yolla gəlir.

Hesabatı yükləmək mümkündürmü?

Seçdiyiniz dövr, mövzu və platforma üzrə hesabatı PDF və Excel formatında bir kliklə yükləyə və rəhbərliyə göndərə bilərsiniz. Hesabatın başında süni intellektin xülasəsi, riskləri və tövsiyələri olur.

Süni intellekt datamı xarici şirkətlərə göndərirmi?

Xeyr. Nintel-in bütün AI modelləri öz serverimizdəki GPU-da işləyir — mətnlər, şərhlər və hesabatlar üçüncü tərəf AI xidmətlərinə ötürülmür.

Videolarda və şəkillərdə brendin adı tapılırmı?

Bəli. Videolarda deyilənlər avtomatik mətnə çevrilir, şəkillərdəki yazılar və loqolar oxunur — brendin adı mətnsiz kontentdə çəkilsə də mention kimi düşür.

Haqqınızda bu gün nə yazılır? Birlikdə baxaq

E-poçtunuzu yazın, sahənizə uyğun pulsuz demo panel hazırlayaq.